Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Trampdan sonra onu qurban seçibmiş - şok faktlar - ŞƏKİL

Tarix: 18-07-2024 17:24     Baxış: 3115 A- / A+

ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) müstəntiqləri müəyyən ediblər ki, 20 yaşlı Tomas Kruks təkcə Donald Trampa deyil, həm də ABŞ və digər ölkələrdə yüksəkrütbəli məmurlara qarşı sui-qəsd planlaşdırırmış.
Manevr.az  oxu.az-a istinadən xəbər verir ki, Kruksun cinayətinin motivini anlamaq üçün müstəntiqlər qatilin mobil telefonuna giriş əldə ediblər. Onlar aşkar ediblər ki, cinayətkar aradan qaldırılmasaydı, Tramp yeganə qurban olmayacaqdı.
FTB Kruksun siyasi baxışlarını müəyyən edə bilməyib, çünki bir tərəfdən onun ABŞ-də hər iki partiyanı dəstəklədiyi görünür. Digər tərəfdən isə, onun təxmin edilən qurbanı demokrat və ABŞ-nin hazırkı prezidenti Co Bayden olub. Cinayətkar mitinqlərin tarixlərini və hər iki namizədin fotolarını öz cihazlarında saxlayıb.
Bundan başqa, Kruks digər hədəfləri də nəzərdən keçirib: FTB-nin direktoru Kristofer Rey, ABŞ-nin baş prokuroru Merrik Qarland və Britaniyanın kral ailəsinin adı açıqlanmayan üzvü.
Trampın yalnız ilk qurban ola biləcəyinə sübut kimi, Kruksun "Steam" oyun şəbəkəsindəki yazısı sitat gətirilir.
"Mənim premyeram iyulun 13-də baş tutacaq, onun necə inkişaf etdiyinə baxın", - deyə Kruks yazıb..


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar