Xəbər lenti
Türkiyə ordusu Naxçıvana niyə gəlib? - Ermənilər qorxu içindədir...

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iyunun 12-də Naxçıvanda başlayan birgə taktiki təlimləri davam edir.
“Təlimlər Ermənistan və onun havadarlarına həm də bir ismarıcdır”.
Manevr.az xəbər verir ki, bu sözləri metbuat.az-a açıqlaması zamanı hərbi jurnalist Ramil Məmmədli bildirib. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq çox yüksək səviyyədə, hətta ittifaq mərhələsindədir:
“Türkiyə və Azərbaycan silahlı qüvvələrinin bütün qoşun növləri təlimlərdə mərhələlərlə iştirak edir. Naxçıvan Azərbaycan üçün həssas bir bölgədir. Ona görə ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanla düşmən olan Ermənistanla ən böyük sərhədə malikdir. Bu səbəblə, ərazi düşmən tərəfindən hücuma, hər hansı bir təxribata məruz qala bilər. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan ərazisində yerləşən hərbi birləşmələri hər zaman hərbi texniki baxımdan daim nəzarə altında saxlanılır, döyüş bacarığı gücləndirilir, inkişaf etdirilir. Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan ərazisində Azərbaycan Silahlı Qüvvələri ilə birgə təlim keçirməsi məhz buna hesablanıb”.
Qeyd edək ki, 5000 nəfərədək şəxsi heyətin, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnikaların cəlb olunduğu təlim iyun ayının 16-dək davam edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































