Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni kosmik kostyum təqdim edildi - Sidiyi içməli suya çevirir

Tarix: 14-07-2024 08:38     Baxış: 3103 A- / A+
Alimlər sidiyi içməli suya çevirə bilən skafandr hazırlamağa başlayıblar.

Yeni kostyumlar Aya və Marsa təşkil olunacaq gələcək missiyalarda istifadə oluna bilər.

əldə olunan məlumata görə alimlər kosmonavtlar üçün Ayın və ya Marsın tədqiqi zamanı uzun müddət kosmosda gəzinti etməyə imkan verəcək skafandr hazırlayıblar.

Bu kostyum beş dəqiqə ərzində sidiyi içməli suya çevirə bilir. Kostyumda nəmlə aktivləşdirilmiş vakkum nasosu var.
Kosmonavt sidik ifraz etməyə başlayanda, silikon fincan avtomatik olaraq açılır və nasos sidiyi toplayaraq 5 dəqiqə ərzində içməli suya çevrir.

Toplanan sidik 87 % suya çevrilir. Təmizlənmiş su, içmək üçün beş dəqiqə ərzində bir şlanq vasitəsilə astronavta qaytarılır.

Uzun kosmik missiyalar zamanı suyun daşınması və saxlanması çətindir. Bu kostyum astronavtların daha az su ilə daha uzun müddət sağ qalmasına imkan verə bilər.

Dizaynerlər bu kostyumun 2030-cu ilə qədər NASA-nın Artemis proqramında istifadə olunacağına ümid edirlər.

Qeyd edək ki, kosmonavtların kostyumlarının içərisindəki içki çantalarında hazırda yalnız bir litr su var.
Bu qədər su 10 saata, fövqəladə hallarda isə 24 saata qədər davam edə biləcəyi planlaşdırılan daha uzun müddətli kosmik gəzintilər üçün kifayət deyil. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar