Sizin Reklam Burada
Xəbər lenti
13-09-2024
12-09-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan hərbçiləri PUA vasitəsilə uçuşlar icra etdi - Video

Tarix: 13-07-2024 16:15     Baxış: 365 A- / A+


"Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminə cəlb edilən Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirir.
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, plana uyğun olaraq, təlim çərçivəsində əməliyyat qrupu tərəfindən qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritə üzərində işlənilib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları pilotsuz uçuş aparatı (PUA) vasitəsilə uçuşlar həyata keçirərək, təlimin digər iştirakçı dövlətlərinin PUA bölmələri ilə qarşılıqlı əlaqədə ərazinin hava kəşfiyyatını aparmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin ediblər.
Təlim meydançasında hücuma keçən Azərbaycan Ordusunun Quru Qoşunlarının hərbi qulluqçuları şərti düşmən qüvvələrinin müqavimətinin qarşısını alaraq onun canlı qüvvəsini və döyüş texnikasını məhv ediblər.
Eyni zamanda, təlimə cəlb edilən komandolar qrup şəklində sürətlə şərti düşmənin arxasına sızaraq mövqeyin ələ keçirilməsi, eləcə də hakim yüksəkliklərin və yolların nəzarət altında saxlanılması üzrə tapşırıqları icra ediblər
Həmçinin döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı yaralı hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi və onların döyüş meydanından təxliyə olunması həyata keçirilib.
"Birləşdik - 2024" beynəlxalq təlimində qarşıya qoyulan bütün tapşırıqlar iştirakçı dövlətlərin hərbi qulluqçuları tərəfindən yüksək peşəkarlıqla icra edilir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar