Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Akademiya ev verdiyi alimlərin adlarını GİZLƏDİR

Tarix: 14-06-2017 13:07     Baxış: 5320 A- / A+
Akademiya ev verdiyi alimlərin adlarını


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) sosial məsələlərin həlli istiqamətində növbəti addım atılıb. Manevr.az bildirir ki, AMEA-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Akademiyanın Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi komissiyası işə başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyası ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işi aparılıb.

Mənzil alan alimlərin siyahısını əldə etməyə çalışsaq da, AMEA-nın mətbuat xidməti bunun qeyri-mümkün olduğunu bildirib.

Buna baxmayaraq, Modern.az saytı ev alan bir neçə alimin adını dəqiqləşdirə bilib.

Onlardan ikisi AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları Elşad Əhmədov və Ənvər Cəlilovdur.

AMEA-nın Botanika İnstitutundan Gülzarə Ağayeva da ev alanlar siyahısındadır.

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutundan iki xanım alimin adı ev alanlar siyasına salınıb. Onlar Elmira Ağayeva və Müşgünaz Abbasovadır.

AMEA-nın Mikrobiologiya İnstitutundan isə bildirilib ki, bu barədə onların institutuna heç bir məlumat verilməyib.

“İnstitutun direktoru Məmməd Salmanov illərdir ki, bir otaqlı evdə yaşayır. Ev də həyat yoldaşınındır. Ona ev verilsəydi, daha məqsədəuyğun olardı”.

AMEA-nın Dendrologiya İnstitutundan bildirildi ki, onların institutunda çalışan alimlərin adı ev alanlar siyahısında yoxdur.

Digər alim Nurməmməd Mustafayevin də ev alan alimlər arasında adının olduğu bildirilir.

Bundan başqa AMEA-nın digər əməkdaşı Sevinc Hüseynova da ev alanlar siyahısındadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar