Sizin Reklam Burada
Xəbər lenti
13-09-2024
12-09-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan yoxsul ölkələrdə yaşıl sərmayələr üçün yeni fond yaratmağı planlaşdırır

Tarix: 11-07-2024 08:20     Baxış: 366 A- / A+

Bu barədə “Reuters”ə mənbə bildirib.

“BMT-nin COP29 iqlim sammitinə ev sahibliyi edən Azərbaycan iqlim dəyişikliyi ilə bağlı maliyyələşməni artırmaq üçün qalıq yanacaq istehsalçılarına yığım tətbiq etmək planlarından imtina edib və bunun əvəzinə sammitdə daha yoxsul ölkələrdə yaşıl sərmayələr üçün yeni fond yaratmağı hədəfləyib”, – o qeyd edib.

Anonimlik şərti ilə danışan mənbə bildirib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə vəsait toplamaq üçün ilkin olaraq qalıq yanacaq istehsalına yığım tətbiq etmək ideyasını nəzərdən keçirsə də, bu məsələdə bəzi ölkələrin narazılığı ilə üzləşib.

“Bizim maraqlı tərəflərlə – digər potensial ianəçilər ilə – bir neçə raund danışıqlarımız olub və biz fond ideyasını potensial ianəçilərə cəlbedici etmək üçün ona düzəliş etməli olduq”, – mənbə vurğulayıb.

Mənbələrin sözlərinə görə, “Azərbaycan bu fondun əsas töhfəçilərindən biri olacaq”. Onlar əlavə ediblər ki, fond həmçinin digər qalıq yanacaq istehsal edən ölkələrdən könüllü töhfələr axtaracaq.

Müzakirələrlə tanış olan digər mənbələr “Reuters”ə deyiblər ki, neft və qaz hasil edən Körfəz ölkələri yığımın ilkin ideyasına qarşı çıxıblar.

COP29 mənbəsi söyləyib ki, yenidən işlənmiş təklif noyabr ayında keçiriləcək COP29 sammiti zamanı fondun yaradılmasını və inkişaf etməkdə olan ölkələrə emissiyaları azaltmaq və pisləşən iqlim dəyişikliyi ilə mübarizə aparmağa kömək etmək məqsədilə investisiyaların riskini azaltmaq üçün dövlət-özəl tərəfdaşlıqdan istifadə etməyi hədəfləyəcək.

Yoxsul ölkələr yüksək faiz dərəcələri və daxili borc yükü kimi problemlərə görə təmiz enerjiyə investisiya cəlb etməkdə çətinlik çəkirlər. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına görə, Afrika son iki onillikdə bərpa olunan enerjiyə qlobal investisiyaların yalnız iki faizini alıb.

“Reuters” qeyd edib ki, noyabrda keçiriləcək COP29 iqlim danışıqlarında maliyyə məsələsi üstünlük təşkil edəcək və burada ölkələr 2025-ci ildən zəngin dövlətlərin hər il daha yoxsul ölkələrə köçürəcəkləri iqlim maliyyəsi üçün yeni qlobal hədəfi razılaşdırmağa çalışacaqlar. report 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar