“Qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak edəcək hamıya uğurlar arzu edirəm. Mən indikiləri tanımıram, köhnələrdən bəzilərini tanıyıram”.
Manevr.az xəbər verir ki, bu sözləri manset.az-a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib.
O, açıqlamasında anadan olduğu Şəki rayonundan olan deputatları tanımadığını deyib:
“İstərdim ki, parlamentdə təmsil olunacaq deputatlar professional, insanlara ürəyi yanan, iş bilən olsun. Şəkidə 2-3 gün qaldım, gəldim. Vallah, orada deputatları tanıyan yoxdur. Təkcə Cavanşiri tanıyıram, ona heç bir söhbət yoxdur. Amma o biriləri tanımıram. Təzə bir-iki nəfər var, onların da adı heç bir dəftərdə yoxdur”.
Müxbirin “Bəs parlamentin yaşlı deputatları ilə bağlı nə deyə bilərsiniz?” sualına Abid Şərifovun cavabı belə olub:
“Qocalara gəldikdə isə mən o barədə çox şey danışmayacağam. Bütün qoca deputatlara cansağlığı arzulayıram. Onlara uğurlar diləyirəm”.
Xəbər lenti
"Təzə bir-iki nəfər var, onların da adı heç bir dəftərdə yoxdur” - Abid Şərifov
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar