Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Siyasi partiyaların fikirləri bərabər işıqlandırılmalıdır” - Prezidentin köməkçisi

Tarix: 31-08-2016 12:35     Baxış: 2475 A- / A+
“Siyasi partiyaların fikirləri bərabər işıqlandırılmalıdır”


Bu gün Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə "Referendum prosesində referendumqabağı təşviqat mərhələsi, KİV-in bu prosesdə rol və vəzifələri" mövzusunda konfrans keçirilib.

Manevr.az "Qafqazinfo" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, referendumla bağlı təqvim planı hazırlanıb və fəaliyyətini davam etdirir:

"Artıq üç təşviqat qrupu qeydiyyatdan keçib. Bu günlərdə təşviqata başlayacaqlar. Seçkilərdə əsas rol KİV-lərin üzərinə düşür. Tədbirin lazımi səviyyədə beynəlxalq qurumlara çatdırmayanda biz uduzmuş olarıq. Biz əsas tərəf müqabilimiz KİV-lərdir".

Tədbirdə çıxış edən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Azərbaycan seçki və referendum keçirilməsi ilə bağlı böyük təcrübə qazanıb: "İlk dəfə 2002 və 2009 cu ildə referendum keçirilib. İndi də növbəti dəyişikliklər layihəsi təqdim olunub.

İstər aparıcı qərb dövlətlərinin, istərsə də qonşu dövlətlərin təcrübəsi göstərir ki konstitusiya dəyişiklikləri zamanla baş verir. Bu ili Azərbaycan prezidenti iqtisad islahatlar ili elan edib. Bu istiqamətdə xeyli iş görülüb.
Seçki və referendumların keçirilməsinə məsul olan MSK bu illər ərzində öz təsdiqini tapıb. Qarşıdakı referendum seçkisini də peşəkar səviyyədə keçirəcək. Media qurumları təklif edilən dəyişikliklər layihəsinin izahını ictimaiyyətə dolğun şəkildə çatdırmalıdır. KİV-in bununla bağlı hüquqları Seçki Məcəlləsində öz əksini tapıb. KİV nümayəndələri istənilən məntəqədə seçkini izləyə bilərlər.

Bu aksiyaya tənqidi münasibət bildirən siyasi partiyaların fikirləri də bərabər şəkildə işıqlandırılmalıdır. Təəssüflə qeyd etməliyəm ki, bəzi opponentlərimiz tərəfindən dövlətimizin imicinə zərər yetirən materialların yayılmasının şahidi oluruq”.


Daha sonra Ə. Həsənov qeyd edib ki, Azərbaycanda KİV-in inkişaf konsepsiyası qəbul olunub: "Bu illər ərzində mediaya 40 milyona yaxın vəsait ayrılıb. İstənilən şəxs bloq açıb fikrini yaya bilər. Bu sahədə heç bir problem yoxdur və olmayacaq da".

Əli Həsənov seçki prosesində online medianın rolundan da danışıb. Bildirib ki, online media da KİV sayılır: "KiV haqqında bütün hüquqlar bu sahəyə də şamil olunur. Onlar da tədbirlərdə iştirak edir. Eyni zamanda öhdəlikləri də var. Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət edirlər. Bloqçu isə başqadır və o özünə səhifə açaraq fikrini yayır. Gələcəkdə MSK da online media ilə bağlı məcəlləyə dəyişikliklər etməlidir"

“Siyasi partiyaların fikirləri bərabər işıqlandırılmalıdır”
“Siyasi partiyaların fikirləri bərabər işıqlandırılmalıdır”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar