Xəbər lenti
Bu körpü Azərbaycana təhvil verilir
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinə səfəri zamanı Kirants kəndində çəkilən yolda işlərin gedişi ilə tanış olub.
Manevr.az xəbər verir ki, baş nazir Paşinyan bu barədə özünün sosial şəbəkə səhifəsində video paylaşıb və yazıb ki, Kirantsa çəkilən yeni yol tezliklə hazır olacaq.
Səfər zamanı baş naziri Tavuş qubernatoru Qalumyan müşayiət edib.
Kirants kəndində yeni yolun çəkilməsi zərurəti Tavuş vilayətinin və Qazax rayonunun bəzi ərazilərində Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsi istiqamətində aparılan işlərdən sonra yaranıb.
Məlumata görə, yeni yol ona görə tikilir ki, Ermənistandan Gürcüstana gedən marşrutda yerləşən körpü delimitasiya nəticəsində Azərbaycanın nəzarətinə keçəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan İcevan-Noyemberyan avtomobil yolunun Kirants və Açarkut kəndləri ərazisindəki dolama hissəsinin tikintisi ilə tanış olub, Ermənistan-Azərbaycan sərhədi hissəsinə baş çəkib.
Paşinyan öz Telegram səhifəsində səfərlə bağlı videoreportaj yayıb.
Baş nazir Kirants kəndinə səfəri zamanı Ermənistan və Azərbaycan arasında təchiz olunmuş sərhədin beton dirəklərə tikanlı məftillərin çəkildiyi hissəsinə də baxıb. MTN Sərhəd Qoşunlarının Baş Qərargah rəisi, polkovnik Edqar Hunanyan baş nazirə əməliyyat vəziyyəti barədə məruzə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar