Xəbər lenti
“Hay-küylü xəbərlər hamını təşvişə salıb” - Sumqayıt Xəstəxanasından REPORTAJ
Sumqayıtda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən uşaqlardan bəzilərinin vəziyyəti normaldır. Onlardan bir neçəsi evə buraxılsa da, çoxu hələ də xəstəxanada müalicə alır.
Manevr.az-ın məlumatına görə, Azvision.az-ın əməkdaşı Sumqayıt Şəhər Uşaq Xəstəxanasında müalicə alan uşaqlara baş çəkib.
Xəstəxananın baş həkimi Müşfiq Məmmədli bildirib ki, onlara son 6 gün ərzində ürək bulanma, hərarətin yüksəlməsi, qusma, ishal və ümumi narahatlıqla əlaqədar 130-a yaxın müraciət daxil olub.
“Bu xəstəlik mövsüm üçün xarakterikdir. Hər il may ayından sentyabra kimi belə hallara rast gəlinir. Mövsümü meyvələrin çıxması, gigiyenik şərtlərə riayət olunmaması bu cür nəticələrə səbəb olur. Lakin eyni bölgədən, ərazidən xəstələrin artması bizi hərəkətə keçirdi. Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzinə dərhal məlumat verdik. Səhiyyə Nazirliyində operativ qərargah yaradıldı, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları araşdırmalara başladılar”.
Baş həkim bildirib ki, iyun ayının 9-u və 10-da xəstələrin sayında artım müşahidə edilib.
“Xəstələrin əksəriyyəti 1-3 yaş arasındadır. İlk baxışdan “Rotavirus” üzərində fikir yürüdürdük. Nəcis və qusma kütlələri üzərindən analizlər götürüldü və mərkəzləşdirilmiş şəkildə Gigiyena və Epidemiologiya Mərkəzinə və Taun Əleyhinə Dispanserə göndərildi. “Rotavirus”un təsdiqlənməsindən sonra ona uyğun müalicə təyin etdik. Səhiyyə Nazirliyinin göndərdiyi həkim briqadaları ilə məsləhətləşmələr nəticəsində vəziyyətləri nisbətən orta-ağır olan uşaqların müalicəsində müəyyən korreksiya olundu, bundan sonra vəziyyət nisbətən stabilləşməyə başladı”.
Baş həkimin sözlərinə görə, son iki gündə eyni diaqnozla müraciət edən xəstələrin sayı kəskin azalıb.
“Dünən 16 müraciət daxil olub. Həmin müraciətlərdə eyni əlamətlər - ürəkbulanma, bəzilərində qusma, ishal müşahidə olunurdu, hərarət 37,5-38 arasında dəyişirdi. Müraciət edən xəstələr təşviş içində idilər. Kütləvi zəhərlənmə, televiziya kanalları, internet saytlarında hay-küylü məlumatların verilməsi ilə əhali təşvişə düşüb. Bəzilərini misal çəkim. Anadan soruşuruq ki, narahatçılığınız nədir? Deyir, uşağın başı ağırıyırdı, fikirləşdik ki, zəhərlənmə olar. İnsan arasında bu cür hallara tez-tez rast gəlirik”.
M.Məmmədli Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov, səhiyyə nazirinin müavini və idarə rəhbələrinin dünən xəstəxanada olduğunu və problemlə yaxından maraqlandıqlarını diqqətə çatdırıb.
Baş həkim, həmçinin vurğulayıb ki, infeksiyaya yoluxanların 60 faizi Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəndir. Sulutəpədən 1 xəstə, Binəqədi rayonundan 2 xəstə, Abşeron rayonundan 10-dan çox xəstə bizə müraciət edib.
“Gələnlərin əksəriyyəti həyətyanı sahədə yaşayanlardır. Uşaqlar həyətlərində yuyulmamış meyəvələrdən istifadə edir, açıq su hövzələrindən su içirlər. Eyni zamandan krantdan çiy su içənlər də var. Qida zəhərlənməsi diaqnozu heç bir xəstəyə qoyulmayıb və qoyduğumuz diaqnozlara cavabdehik. Burada zəhərlənmə faktoru olmayıb, sadəcə infeksiya yoluxmasıdır. Evə buraxdığımız xəstələrdən ikisi yenidən xəstəxanaya qayıdıb. Bunda da valideynlərin günahı olub. Uşaqların dietasına diqqət edilmir və nəticədə eyni hadisələr təkrarlanır”.
Hazırda yoluxucu xəstəliklər şöbəsində 46 xəstənin qaldğını deyən baş həkim 16 nəfərin bu gün evə buraxılacağını söyləyib.
Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev isə bildirib ki, uşaqlara infeksiya sudan yoluxub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar