Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

General Kənan Seyidov Naxçıvandakı Ordunun komandanı təyin edilib

Tarix: 05-07-2024 19:17     Baxış: 3162 A- / A+
General Kənan Seyidov Naxçıvandakı Ordunun komandanı təyin edilib

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilib. 
Manevr.az xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkədə yayıb.

Məlumata görə, Kənan Seyidovun təyinatı ilə bağlı müvafiq əmr imzalanıb. 

Qeyd edək ki, K.Seyidov 1974-cü ildə İmişli rayonunda anadan olub. O, 2003-cü ildə "Azərbaycan Bayrağı" ordeni, 2014-cü ildə "Vətən uğrunda" medalı, 2016-cı ildə "İgidliyə görə" medalı ilə təltif edilib. 
K.Seyidov İkinci Qarabağ müharibəsi zamanı Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri komandanının birinci müavini - qərargah rəisi olub.

Prezident İlham Əliyevin 2020-ci il noyabrın 20-də imzaladığı sərəncamla Vətən müharibəsinin komandirlərindən biri olmuş K.Seyidova general-mayor ali hərbi rütbəsi verilib.
Vətən müharibəsindəki rəşadətinə görə, ona Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. 

K.Seyidov həmçinin “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

O, daha sonra Prezidentin müvafiq sərəncamına əsasən, Ordu birliyinin komandiri təyin olunmuşdu.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar