Xəbər lenti
Sabah temperatur 40 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur. Bu gün havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33-38, dağlıq rayonlarda 22-27 dərəcə isti təşkil edir.
Manevr.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, isti hava şəraitinin iyulun 6-da da davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39, Naxçıvan MR və Aran rayonlarında 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.
"İyulun 6-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şərai fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Günorta vaxtı açıq havada uzun müddət qalmaq məsləhət deyil", - o deyib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar