Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Elşad Miri masonların Bakı toplantısında iştirak edib? - Açıqlama

Tarix: 04-07-2024 22:28     Baxış: 4117 A- / A+

Bakıda Azərbaycan Böyük Mason Lojasının Məclisi keçirilib. Dünyanın müxtəlif ölkələrindən olan loja üzvləri Azərbaycana gəlib.
Bu haqda Rusiya Böyük Mason Lojasının səhifəsində məlumat verilib. İddialara görə, toplantı iyunun 28-də baş tutub.

Sosial şəbəkələrdə müzakirə yaradan məsələdə tanınmış ilahiyyatçı Elşad Mirinin də adı hallanır. İddialara görə, sözügedən toplantıda ilahiyyatçı da iştirak edib.
Manevr.az bildirir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Elşad Miri haqqında səsləndirilən iddiaların gülünc olduğunu söyləyib:

"Belə bir toplantının keçirildiyini mən haradan bilə bilərəm? Bu toplantının keçirilməsinin doğru olub-olmadığını deyə bilmərəm, bəlkə də keçirilib.
Sadəcə iyunun 28-də bir çoxları kimi rəsmi şəkildə Amerika səfirliyində keçirilən tədbirdə iştirak etmişəm. 4 iyul Amerikanın müstəqilliyi günü ilə bağlı səfirlikdə toplantı oldu ki, bu da hər il keçirilən toplantıdır. Başqa şəxslərlə birlikdə mən də orada iştirak etmişəm, vəssalam. Toplantıdan sonra da çıxıb dostlarımızla oturub çayımızı, kofemizi içmişik.
Əgər Böyük Mason Lojasının toplantısı keçirilibsə, bu məxfi toplantını kim üzə çıxarıb? Bu, gülünc məsələdir. Belə bir toplantının keçirilməsini də ilk dəfədir sizdən eşidirəm.
Əgər belə bir toplantı olursa, həmin Böyük Mason Lojası batsın ki, bunu hamı bilir və açıq şəkildə sosial şəbəkələrdə yazır. Onda bunun harası gizli mason lojası oldu?!"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar