Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Tarix: 03-07-2024 11:15     Baxış: 391 A- / A+
İlham Əliyev Lukaşenkonu təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun lideri Aleksandr Lukaşenkonu ölkənin dövlət bayramı olan Müstəqillik Günü münasibətilə təbrik edib.

Manevr.az
xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Aleksandr Qriqoryeviç.

Dövlət bayramı – Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Möhkəm dostluq əlaqələrinə, etimada və qarşılıqlı dəstəyə əsaslanaraq son onilliklər ərzində qardaş ölkələrimiz strateji tərəfdaşlığın çoxtərəfli münasibətlərini qurublar. Sizin Azərbaycana bu yaxınlarda etdiyiniz dövlət səfəri, keçirilən görüşlər və imzalanan sənədlər bir daha sübut etdi ki, Azərbaycanla Belarus arasında mövcud olan yaxşı əməkdaşlıq ənənələri bu gün uyğurla inkişaf edir və yeni məzmunla zənginləşir.

Əminəm ki, bizim birgə səylərimiz gələcəkdə də Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dost xalqlarımızın və ölkələrimizin maraqları naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və möhkəmlənməsinə kömək edəcək perspektivli təşəbbüslərin və layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, Belarus Respublikasına isə əmin-amanlıq və tərəqqi arzulayıram".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar