Xəbər lenti
Bakının B planı düşməni QORXUYA SALDI: Türkiyə-Azərbaycan ordusu Ermənistan sərhədində
ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 10-da İrəvanda səfərdə oldular. Daha sonra işğal olunmuş Azərbaycan torpaqlarına səfər edən həmsədrlər iyunun 19-da Bakıya gələcəklər.
Manevr.az Publika.az-a istinadən xəbər verir ki, həmsədrlərin səfərinin münaqişənin həllinə ciddi töhfə verəcəyi ehtimalı olduqca azdır. Çünki əsas tezis kimi təmas xəttində atəşkəsə nəzarət mexanizmlərinin quraşdırılması məsələsi irəli sürülür, hansı ki, bu Qarabağda erməni işğalının möhkəmləndirilməsi ilə nəticələnəcək. İrəvanda erməni rəhbərliyi ilə görüşdə məhz bu məsələlər müzakirə olunub. Bununla yanaşı, həmsədrlərin Xankədində qondarma “DQR”-in “bayrağı” altında əyləşərək, “prezident” Bako Saakyanla görüşməsi də onların mövqeyinin aydınlaşması baxımından çox şey deməkdir. Bütün hallarda regiona səfərin konkret nəticələri haqda iyunun 19-dan sonra danışmaq olar. Lakin rəsmi Bakı hələ ki, susur. Bakının susqunluğu isə Ermənistanda ciddi qorxulara səbəb olub.
Erməni siyasi şərhçi Naira Ayrumyan qorxu ilə iddia edir ki, Azərbaycanın B planının olması mümkündür.
“Bakının susqunluğu tufandan öncəki sakitliyə bənzəyir. Ola bilər ki, Azərbaycanın B planı mövcuddur. Türkiyə-Azərbaycan qoşunlarının Naxçıvanda Ermənistan sərhədinə yaxın ərazidə təlimlər keçirməsi də diqqət çəkir”, - deyə o bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar