Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həbsdə olan sabiq icra başçıları azadlığa çıxır?

Tarix: 29-06-2024 12:10     Baxış: 494 A- / A+
Həbsdə olan sabiq icra başçıları azadlığa çıxır?
Külli miqdarda dövlət əmlakını talamaqda təqsirli bilinən və cinayəti sübuta yetirilən keçmiş məmurların cəzasının azaldılması son vaxtlar geniş yayılıb. Bu gün mənimsəmə və israf etmə ittihamı ilə həbs olunmuş daha bir sabiq məmur - Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quliyevin də kasassiya şikayətinə baxılıb.

Ali Məhkəmənin qərarına əsasən, Mahir Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib. Bu isə hazırda həbsdə olan məmurların cəzaları ilə bağlı güzəştləri bir daha gündəmə gətirib. Maraqlıdır, bu qərarların arxasında hansı nüanslar dayanır?

Manevr.az
-ın məlumatına görə, mövzu ilə bağlı yenisabah.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, ümumiyyətlə məmurların həbsdə saxlanmasının dövlət üçün hər hansı müsbət tərəfi yoxdur:
"Dövlətə vurduqları ziyan ödənildikdən sonra, onların içəridə qalması dövlətə daha da ziyan gətirir. Çünki dövlət onların təhlükəsizliyini, sağlamlığını təmin edir. Eyni zamanda onlar sabiq dövlət məmuru olduğu üçün həbsxanda digər cinayətkarlardan qorumaq lazımdır. Yəni bu kimi çoxsayılı problemlər var. Ona görə də, dövlət çalışır daha çox tərbiyələndirici vəziyyətdən istifadə etsin. Bu təkcə dövlət məmurlarına yox, sıravi məhbuslara da şamil olunur. Cəmiyyət üçün belə insanları yenidən qazanmaq önəmlidir. Çünki insan resursu çox bahalı bir şeydir. Dövlət üçün məmur yetişdirmək kifayət qədər problemli məsələdir. Mənə elə gəlir ki, bu məsələnin arxasında siyasi səbəb axtarmağa ehtiyac yoxdur”.

Politoloq məmurların cəzalarının azaldılmasının səbəbləri ilə bağlı iddialara da aydınlıq gətirib:

"Düzdü, bizdə hansısa məmur tutulan kimi, həmin an məsələni siyasiləşdiririk. Bunu məhkəmə müəyyən etməlidir. Biz ya məhkəməyə inanmamalıyıq, ya da onların verdiyi qərarı alqışlamalıyıq. Əslində, bunu deyənləri də qınamaq olmur, çünki Azərbaycanda məhkəmə sistemində çox ciddi problemlər var. Hələlik Azərbaycanın məhkəmə sistemi standartlara cavab vermir. Bunu gizlətməyə ehtiyac yoxdur. Həqiqətən də, müəyyən məsələlərdə dövlət insanların tələbatına uyğun hərəkət etmək məcburiyyətindədir. İcra başçılarının və məmurların cəzalarının azaldımasında kimisə tapşırığı və ya hansısa faktorların olması real görünmür. Ümumiyyətlə, belə insanların içəridə qalması dövlət üçün artıq yükdür. O, onsuz da törətdiyi cinayəti törədib”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar