Xəbər lenti
“Yaddan şıxmaz...!” layihəsi gerçəkləşdi - ŞƏKİLLƏR

Tədbir iki il öncə iyunun 25-də 84 yaşında həyatla vidalaşan Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt Regional bölməsinin rəhbəri olmuş, təcrübəli pedaqoq, şair, yazıçı Qənirə Mehdixanlının şərəfli ömür yoluna həsr edilmişdir.
Anım günündə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, şöbə müdiri Fərman Kazımov, respublikanın əməkdar müəllimi, şair Ofelya Babayeva, Sumqayıt Regional Aşıqlar Birliyinin yeni sədri, ustad aşıq Çərkəz Qurbanov, dəyərli ziyalılar, jurnalistlər, şair və yazıçılar, həmçinin şəhid ailələri iştirak edirdi. Layihənin rəhbəri Aygün Hacıyevanın təqdimatında mərhumun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu və əl işlərindən ibarət nümunələrə baxıldı. Söylənilən şeirləri və sözlərinə bəstələnmiş aşıq mahnıları tədbirə xüsusi rəng qataraq rəğbətlə qarşılandı və hər kəsin ruhunu oxşadı. Çıxış edənlər ahıl yaşlarında belə işləməkdən zövq alan, dövlət və digər möhtəşəm tədbirlərdə fəallığı ilə fərqlənən, ictimai xadim kimi tanınan Qənirə Mehdixanlının yeni nəslə örnək olan şərəfli ömrünün kövrək xatirələrinin qəlblərdə isti yuva quraraq əbədi yaşayacağını bildirdilər. Ömrünün 58 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Qənirə Mehdixanlının mənalı və düşündürücü həyat yoluna nəzər salan tədbir iştirakçıları gerçəkləşən bu layihənin davamlı olmasını arzuladılar.
Rəna TƏBƏSSÜM
AJB-nin üzvü

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar