Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

İranın Ali Lideri səs verdi - ŞƏKİL

Tarix: 28-06-2024 11:11     Baxış: 3119 A- / A+

İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei bu gün keçirilən növbədənkənar prezident seçkilərində səs verib.
Manevr.az trend-ə istinadən xəbər verir ki, İranın Ali Lideri İmam Xomeyni adına ibadət mərkəzində yaradılan seçki məntəqəsində səsvermədə iştirak edib.
Səsvermədən sonra jurnalistlərə açıqlama verən İranın Ali Lideri bildirib ki, İran vətəndaşlarının səsvermədə aktiv iştirakı və seçicilərin sayının artması İran üçün qətiləşmiş ehtiyacdır.
Xamenei prezident seçkilərinin önəminə diqqət çəkib və vətəndaşların seçimi ilə 4 il ərzində prezident tərəfindən ölkənin idarə olunacağını bildirib.
Qeyd edək ki, bu gün (28 iyun) yerli vaxtla saat 08:00-da İranda növbədənkənar prezident seçkiləri başlayıb. 14-cü çağırış prezident seçkilərində 61 452 321 seçici səsvermə hüququna malikdir.
Prezident seçkilərində 4 namizəd - Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf rəqabət aparacaq.
Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar