Xəbər lenti
26 iyun - Azərbaycan Silahlı Qüvvələri günündə Sumqayıtda Şəhidlər xiyabanı ziyarət edilib
Bu gün Ordumuz və xalqımız Silahlı Qüvvələr Gününü Müzəffər Ordu kimi, qəhrəman xalq kimi qeyd edir. Xalqımızın çoxəsrlik tarixində misli görünməmiş bir zirvəyə qalxan ordumuz, Vətən müharibəsində qazandığı Qarabağ Zəfəri ilə tarixin axarını dəyişdirərək Azərbaycanımızın suverenliyinin və bölünməzliyinin qarantı olduğunu şəhidlərin qanı ilə bütün dünyaya bəyan edib.
Milli Məclisin üzvü Müşfiq Məmmədli "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin Sumqayıt şəhər təşkilatının sədri Mahir Məmmədov və təşkilatın üzvləri 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə Sumqayıtda Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə Manevr.az-a açıqlama verən Milli Məclisin üzvü Müşfiq Məmmədli bildirdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən başlanılan qüdrətli Milli Ordu quruculuğu istiqamətində davamlı islahatlar ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qüdrətinin və döyüş qabiliyyətinin daha da artırılması, onun ən müasir silahlarla təchiz edilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin daim gücləndirilməsi ordu quruculuğu siyasətinin əsas istiqamətləri kimi diqqət çəkir. Ordumuz son illər ərzində daha da modernləşib, Silahlı Qüvvələrimizin arsenalı ən son hərbi texnologiyalarla zənginləşdirilib. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Şanlı Ordumuzun şücaəti, Vətən uğrunda apardığı müqəddəs savaşı sayəsində torpaqlarımız düşmən tapdağından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. 44 günlük Vətən müharibəsində Ordumuz əsl gücünü dünyaya nümayiş etdirdi", - deputat vurğuladı.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar