Xəbər lenti
Ermənilər Qarabağa qayıdır? - Babayan danışıqlara başladı
Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının katibi olmuş Samvel Babayan öz ətrafı vasitəsilə son zamanlar Qarabağ ermənilərini bölgəyə qayıtmaq üçün razı salmağa çalışır.
Manevr.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.
Məlumata görə, Babayanın qohumları onun adından deyirlər ki, əgər 2000 insan toplaşa bilsə, onlar Xankəndiyə oradan çıxdıqları kortejlə qayıda biləcəklər. Bu fonda Babayanın adamları həmçinin bu insanların Azərbaycan hakimiyyəti altında yaşayacaqlarını deyir:
“Babayan deyir ki, şəxsən özü geri dönüş marşına rəhbərlik edəcək. Daha dəqiq desək, Babayan “Kadırov-2″ olmaq istəyir (Çeçenistan lideri Ramzan Kadırovun Rusiya Prezidenti Vladimir Putinə sədaqəti nəzərdə tutulur – red.). Samvel Babayan Qarabağın Azərbaycanın tərkibinə keçməsindən öncə tək-tük adamlardan idi ki, Azərbaycanla qarşılıqlı anlayış tapılmasını ictimai şəkildə deyirdi”.
Qəzet yazır ki, Babayanın mövqeyi ilə separatçıların böyük qismi razı deyil. Onlar həmçinin Babayanın məqsədinin Qarabağa dönüş yox, Paşinyana gizli dəstək göstərmək olduğunu düşünürlər. Yəni Babayan bunun sayəsində Qarabağ ermənilərini Ermənistandakı etirazlardan kənarda saxlamağı bacarmalıdır.
“Hraparak” həmçinin Xankəndidə Rusiya konsulluğunun açılması planının Babayanın erməniləri geri qaytarmaq istəməsiylə nə qədər əlaqəli ola biləcəyi ehtimalına da diqqət yetirib. Lakin qəzet konsulluğunun açılmasının ermənilərin geri dönüşü üçün olmadığı qənaətinə gəlib:
“Bizim Qarabağın “siyasi dairələrindəki” mənbəmiz deyir ki, əslində rusiyalılar konsulluğu sülhməramlılara alternativ olaraq açırlar. Sülhməramlılar getsə də Rusiya regiondan getmək istəmir və sadəcə Xankəndidə gözlərinin və qulaqlarının olmasını istəyir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar