Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Güclü Azərbaycan Ordusu sülhün və təhlükəsizliyin qarantıdır – Millət vəkili

Tarix: 25-06-2024 11:01     Baxış: 399 A- / A+



26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Artıq 4 ildir ki, Ordumuzun yaranması tarixi fərqli bir obrazda qeyd edilir. Çünki Ordumuz artıq qalib ordudur. Azərbaycan Silahlı Qüvvələri öz üzərinə düşən tarixi missiyanı 2020-ci ilin 27-i sentyabrından başlayaraq 44 günlük Vətən Müharibəsində şərəflə icra etdi. Azərbaycan xalqı məhz cəsur əsgər və zabitlərimizin başda Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində bu gün qalib və başı ucadır. Bu mənada Ordumuz xalqımızın güvənc yeri hesab edilir.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan Ordusu müasir standartlara cavab verməsi, hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olması qazanılan hərbi uğurlarla təsdiqlənir: “Bu gün dövlətimizin prioritet məsələ kimi qəbul etdiyi prinsiplərdən biri də Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbiçilərin sosial problemlərinin həllidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, bu istiqamətdə uğurlu siyasət həyata keçirilir və Azərbaycan Ordusunun döyüş qabiliyyəti günü-gündən artırılır”.
Deputat bildirib ki, Qafqazın güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri hər zaman sülhün və təhlükəsizliyin qarantı olub: “1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı da məhz bu qəbildəndir. Sözsüz ki, bu amillər Ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına başlıca zəmin yaradır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub. Eyni zamanda Azərbaycan Ordusu 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulub. Bunun nəticəsi olaraq il ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO-nun və digər ikitərəfli əməkdaşlıq proqramlarının platformalarında iştirak edir. Bu proqramlara qatılaraq Silahlı Qüvvələrimiz ən son hərbi yeniliklərə yiyələnir. Artıq beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda böyük təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern ordu kimi nüfuzunu və gücünü daha da artırmaqdadır”.
Millət vəkili hesab edir ki, Ordumuzun Aprel döyüşlərində qazandığı parlaq qələbə, 2018-ci ilin uğurlu Günnüt əməliyyatı Silahlı Qüvvələrimizin işğal faktına gec-tez son qoyacağı mesajı idi: “Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27-i sentyabrında əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazanıldı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində ölkə ərazisi üzərində konstitusiya quruluşu tam bərqərar edildi. Uzun on illiklər ərazilərimizdə kök salmış erməni separatizminə birdəfəlik son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidlik etdi. Bununla da Azərbaycan dünya birliyi tərəfindəın tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi”.
Aqil Məmmədov vurğulayıb ki, bu tarixi Zəfərin qazanılması qəhrəman hərbiçilərimiz, şəhidlərimiz, qazilərimiz sayəsində mümkün oldu: “Sözsüz ki, dövlətimiz tərəfindən hərbçilərimiz orden və medallarla təltif edilir, şəhid ailələri və qazilər yüksək qayğı ilə əhatə olunur. Postmüharibə dövründə Azərbaycan Ordusu öz inkişafının yeni mərhələsini yaşayır. Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsinə diqqət yetirilir. II Qarabağ müharibəsindən sonra Ordu quruculuğu prosesi daha geniş vüsət alıb. Sözsüz ki, müharibədən sonra Ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Ordumuzun qüdrətinin daha da artırılması üçün dövlətimiz tərəfindən zəruri addımlar atılır. Bu gün Böyük Qayıdış konsepsiyasına uyğun olaraq keçmiş qaçqın və məcburi köçkünlər öz ata-baba yurdlarına geri dönür. Onların burada əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşamasına güclü, Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan və Onun rəhbərliyi ilə formalaşmış qalib Ordumuz tam təminat verir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar