Xəbər lenti
“Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsi keçirilib. -ŞƏKİL

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən müsabiqənin bağlanış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bu barədə Manevr.az-a aşıqlama verən Milli Məclisin üzvü Müşfiq Məmmədli qeyd etdi ki, Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan “Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsi gənclərin innovasiyayönümlü potensialının aşkarlanması və ölkəmizdəki innovasiya ekosistemində iştirakçılığı baxımından mühüm əhəmiyyətə malikdir. "Rəqəmsal İdeya Müsabiqəsində təqdim edilən yeni ideyalar gənclərin maarifləndirilməsinə və suveren Azərbaycanın daha da inkişaf etməsinə öz töhfəsini verəcəyinə əminəm", deputat vurğuladaı.
Qeyd edək ki, sayca 3-cü dəfə keçirilən müsabiqəyə ümumilikdə 1734 müraciət daxil olub. Qeydiyyatdan keçən gənclər arasından ən uğurlu 120 iştirakçı seçilib. İştirakçıların seçimi zamanı gender bərabərliyi də əsas prinsiplərdən biri olaraq götürülüb. Müsabiqədə bütün gənclərə bərabər iştirak imkan yaradılıb, Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərlə yanaşı, bitərəf gənclər də iştirakçı olmaq şansı əldə edib.
Tədbirdə YAP funksonerləri, nazirlər, deputatlar və digər rəsmi şəxslər iştirak edib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar