Sizin Reklam Burada
Xəbər lenti
05-10-2024
04-10-2024
BÜTÜN XƏBƏRLƏR

Azər Maqsudova qarşı 400 minlik mülki iddia - Əmlaklarına həbs qoyulması istənildi

Tarix: 20-06-2024 13:57     Baxış: 498 A- / A+
Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə ittiham olunan Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məhkəmə qarşısına çıxarılıb.
Manevr.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində keçirilən iclasda Maqsudovun anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Prosesdə sərbəst mühakimə edilən təqsirləndirilən şəxs tərəfindən hər hansı vəsatət verilməyib. Müdafiə tərəfi işin məhkəmə baxışına verilməsinə etiraz etməyib.
Mərhum A. Acaloğlunun hüquqi varisini təmsil edən vəkillər isə Maqsudova qarşı 400 min manatlıq mülki iddia qaldırıb, həmçinin qarşı tərəfin əmlaklarına həbs qoyulmasını istəyib.
Hakim Anar Rzayev mülki iddianı icraata qəbul edib. Əmlaklara həbs qoyulması ilə bağlı vəsatət isə rədd edilib.
Baxış iclası iyulun 4-nə təyin edilib.
Xatırladaq ki, hadisə ötən ilin noyabrında baş verib. Qəza Maqsudovun evə gedərkən Sabunçu rayonu ərazisində qeydə alınıb. Onun haqda istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar