Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Hikmət Hacıyev: Mina hadisələrinə görə Ermənistan məsuliyyət daşıyır

Tarix: 19-06-2024 12:01     Baxış: 3125 A- / A+
Prezidentin köməkçisi: Mina hadisələrinə görə Ermənistan məsuliyyət daşıyır
Azərbaycan dünyada mina problemindən ən çox zərər çəkən dövlətlərdəndir.

Manevr.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan məqsədli şəkildə yalnız hərbi təyinatlı deyil, həm də bərpa-quruculuq işlərinə mane olmaq, onun sürətini azaltmaq, vətəndaşlara maksimum zərər yetirmək məqsədilə minalardan istifadə edir: “Təkcə keçmiş təmas xətti boyunca deyil, həm də hərbi təyinatlı olmayan ərazilərdə minalaşdırma işləri aparılıb. Məsələn, qəbiristanlıqlara, evlərə gedən yolda minaların basdırılması göstərir ki, məqsəd insanların öldürülməsidir”.
H.Hacıyev qeyd edib ki, Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olmaları da buna nümunədir. Əslində, o yol hərbi təyinatlı deyil. Amma yolun tank əleyhinə minalarla minalanması Ermənistanın niyyətinin nədən ibarət olduğunu göstərir. Ermənistan məqsədli şəkildə mina terrorunu həyata keçirir. Təqdim olunan xəritələr isə effektiv deyil və real vəziyyəti əks etdirmir. Ona görə də belə hallara görə Ermənistan məsuliyyət daşıyır. Azərbaycanın isə ərazilərin minalardan təmizlənməsi ilə bağlı qəti siyasi iradəsi var. Keçmiş məcburi köçkünlərimizin layəqətli və təhlükəsiz şəkildə işğaldan azad olunmuş ərazilərə köçməsi istiqamətində işlər aparılır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar