İyunun 19-u saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar arabir leysan xarakterli olub.
Manevr.az-ın Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbərinə görə, düşən yağıntının miqdarı Balakəndə 46 mm, Şəkidə 24 mm, Zaqatalada 12 mm, Ağstafada 8 mm, Ordubadda 7 mm, Qax (Sarıbaş), Ağdamda 6 mm, Ceyrançöl, Göygöl, Şəmkir, Şahdağ, Yardımlı, Qəbələ, Naxçıvan, Culfa, Daşkəsən, Tovuz, Gəncə, Balakən, Qusar, Qrız, Göyçayda 5 mm-dək olub.
Şimal-qərb küləyi arabir Naftalan, Tərtər, Gəncədə 28 m/s, Goranboyda 27 m/s, Ağdamda 22 m/s, Beyləqan, Bərdə, Culfada 20 m/s, Mingəçevir, Şəmkirdə 18 m/s, Zaqatalada 17 m/s, Ceyrançöl, Naxçıvanda 16 m/s, Yevlaxda 15 m/s-dək güclənib.
Havanın temperaturu havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar