Xəbər lenti
Sabah havanın temperaturu 40 dərəcəyə çatacaq
![Sabah 40 dərəcə isti olacaq](https://cdn.qaynarinfo.az/2024-06/05c2df8ffa66ceb879befbc7a27499b41718525929_fd20b28ef64f62f4c266eea4a67a86210210abbe2cbb8e756e1cf0c5d2804175havaistiiiii-jpg-jpg-jpg.jpg)
İyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mülayim şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
![](/uploads/posts/2017-12/1513590098_zehra-2.jpg)
![](/uploads/posts/2018-02/1519153962_15176299281096731184_1000x669.jpg)
![](/uploads/posts/2018-03/1520592290_631853_61520588488.jpg)
Son yüklənənlər
![](https://files.modern.az/photo/orginal/2024/07/01/1719835604_203f42ea-6c4a-3bd5-94d9-6ca75badaa6f_850.jpg)
![](https://cdn.axar.az/2024/07/01/besir-haciyev1.jpg)
![](https://teleqraf.com/storage/2024/07/01/4d30743f-8187-33b2-a818-c022977c43fd_850.jpg)
Axtarış
Reklam
![](/templates/yenimanev2/images/rek22.gif)
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar