Xəbər lenti
Vardanyan haqda feyk yayıldı, Nikol təhqir etdi
Manevr.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Ermənistan hökumətini və Baş nazir Nikol Paşinyanı Ruben Vardanyan və Azərbaycanda həbsdə olan digər separatçıların taleyi zərrə qədər də maraqlandırmır, onların adlarını çəkmir, əksinə, İrəvana qaçan separatçıların həbsləri davam edir:
“Ermənistanda keçmiş illərdə də yerli ermənilərlə Qarabağ erməniləri arasında fikir ixtilafı olub. Paşinyan son çıxışlarından birində Qarabağdakı separatçıları “klerikal feodal tör-töküntülər” adlandırıb. Ermənistandakı radikal müxalifətin nümayəndələri hesab edirlər ki, Paşinyan qəsdən Ermənistanda Qarabağ ermənilərinə qarşı nifrətin artmasında maraqlıdır. Bu səbəbsiz deyil. Çünki radikal müxalifətin mitinqlərinə və küçə yürüşlərinə qatılanların əksəriyyəti Qarabağdan gəlmələrdir. Ruben Vardanyan hansısa yolla Ermənistana keçə bilsəydi, o da bu gün Bakı əvəzinə İrəvandakı həbsxanada saxlanılacaqdı. Çünki böyük ehtimalla İrəvanda Paşinyana qarşı hərəkata keşiş deyil, Ruben Vardanyan başçılıq edəcəkdi. Görəsən bu halda xaricdəki mərkəzlər Ruben Vardanyanı azad etmək üçün qərbpərəst Nikol Paşinyana təzyiq edəcəkdilərmi?axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar