Sizin Reklam Burada
Xəbər lenti
28-09-2024
27-09-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Böyük Britaniya kralını təbrik edib

Tarix: 15-06-2024 12:48     Baxış: 367 A- / A+
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.
Manevr.az bildirir ki, mətndə deyilir:
"Əlahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Birləşmiş Krallıq ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz dövlətlərarası əlaqələrimizin bütün sahələrdə dərinləşməsinə, xüsusilə də strateji xarakter daşıyan çoxillik səmərəli enerji əməkdaşlığımızın daha da genişlənməsinə böyük önəm veririk. Bu ilin noyabrında Azərbaycanın COP29-a ev sahibliyi etməsi Birləşmiş Krallıq ilə iqlim fəaliyyəti və yaşıl enerjiyə keçid məsələlərində də birgə işin davam etdirilməsi üçün yaxşı imkanlar yaradır.
Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında sağlam təməllər üzərində qurulmuş ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək və genişlənəcəkdir.
Əlahəzrət, belə bir əlamətdar gündə Sizə bir daha ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar