Xəbər lenti
Xilaskarlıq missiyası - Tural Vəlizadə yazır
Uğurlu ölkələrin, xalqların tarixinə nəzər saldıqda görərik ki, onlar öz suverenlikləri, müstəqillikləri uğrunda çox əziyyətlər çəkiblər. Azərbaycan da öz tarixində çox əziyyətlər çəkib və bu günlərə gəlmək asan olmayıb.
Azərbaycan xüsusilə 1990-cı illərdə çox sınaqlardan keçdi və 1993-cü ildə vətəndaş müharibəsi və xaos şəraitində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev xalq və hökumət tərəfindən Naxçıvandan Bakıya dəvət edildi. 1993-cü il iyunun 15-də Azərbaycanı mümkün vətəndaş müharibəsindən uğurla xilas etmiş Heydər Əliyev Ali sovetin sədri seçildi. Azərbaycanın taleyinin dəyişdiyi bu tarix bütün Azərbaycan xalqı tərəfindən Milli Qurtuluş Günü kimi tanınır və qeyd olunur.
Bu gün Azərbaycan dövlətini böhrana, xaosa sürükləmək, xalqı qardaş qırğına, ölkəni vətəndaş müharibəsinə sürükləmək istəyən daxili və xarici qüvvələrə qarşı məğlub olduğu bir günün adıdır. 1993-cü il oktyabrın 3-də Prezident seçilən Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşən xalq yenidən sabitlik mühitinə qovuşdu. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş verən siyasi, sosial, iqtisadi tərəqqi dövlətin güclənməsinə, bütün dünya ilə sıx əlaqələrin qurulmasına, xalqımızın vəziyyətinin yaxşılaşmasına səbəb oldu. Nəticədə yuxarıda qeyd etdiyimiz bu tarixi gün Milli Qurtuluş Günü elan edilmiş və 1997-ci ildən parlamentin qərarı ilə bütün dünyaya rəsmi bayram kimi elan edilmişdir.
Bu tarixdən sonra Azərbaycan xalqının birliyi və həmrəyliyi, Heydər Əliyevin sabit liderlik mövqeyi sayəsində bu gün Qafqazın parlayan ulduzu kimi Azərbaycan öz layiqli yerini tutdu. Azərbaycan xalqı qurtuluşdan ərazi bütövlüyünün bərpasına kimi şanlı bir yol keçdi ki, düşünürəm ki, bir çox dünya xalqları bu tarixə yalnız həsəd apara bilər. Azərbaycan ilə bağlı oynanılan oyunlar, planlar bu gün də var və bu hər kəsə məlumdur. Planlar və oyunlar nə olursa olsun, Azərbaycan daim parlamağa, ucalmağa və məsud yaşamağa davam edəcək. Bayramınız mübarək. Mərhum ümummilli lider Heydər Əliyevin ruhu şad olsun. Allah şəhidlərimizə rəhmət eləsin.
Tural Akif oğlu VƏLİZADƏ
Bakı Qızlar Universitetinin baş müəllimi,
Bakı Dövlət Universitetinin doktorantı
tural.akif.velizade@gmail.com

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar