Sizin Reklam Burada
Xəbər lenti
20-09-2024
19-09-2024
BÜTÜN XƏBƏRLƏR

Səhiyyə Nazirliyi Laçın şəhərində əhali üçün kardioloji müayinələr təşkil edib - Şəkillər

Tarix: 12-06-2024 16:50     Baxış: 3101 A- / A+












Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyunun 12-də nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) həkimbriqadası tərəfindən Laçın şəhərində əhali üçün kardioloji müayinələr keçirilib.
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar təşkil edilir.
Tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.a group of people in a room

a group of men sitting at a table

Aksiya çərçivəsində ETKİ-nin kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Ümumiyyətlə, aksiya zamanı 200-dən artıq vətəndaş müayinələrdən keçirilib.a man and woman wearing masks

a man lying on a chair with another man lying on his back
a woman and a man sitting at a table with papers and a flag
a group of people standing outside

Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda yüksək təzyiq və ürək tutması zamanı ilk tibbi yardımın göstərilməsinə dair Laçın ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub.
Ətraflı təqdimatla çıxış edən Kardiologiya İnstitutun direktoru, professor Gülnaz Dadaşova ürək-damar xəstəlikləri müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. Direktorun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.
Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Manevr.az

a group of people standing in a room


a group of women in white lab coats

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar