Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Teatrda yüzminlərlə manat yeyinti edən şəxsə hökm oxundu

Tarix: 10-06-2024 22:47     Baxış: 3160 A- / A+

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, A.Kərimova vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda mənimsəmədə təqsirli bilinərək 5 il 3 ay azadlıqdan məhrum edilib.

Lakin məhkəmə xanım müttəhimin iki azyaşlı övladı olmasını və dəymiş ziyanın 100 min manatını ödəməsini nəzərə alıb. Bu səbəbdən ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhrumetmə) maddəsi tətbiq edilib.

Qeyd edək ki, A.Kərimova 2019-cu ildən 2023-cü ilə kimi sözügedən teatrın mühasibi işləyib. Onun fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Müəyyən edilib ki, təqsirləndirilən şəxsin qanunsuz əməli nəticəsində dövlətə 327 min manat ziyan dəyib.

İş üzrə zərərçəkmiş qismində Mədəniyyət Nazirliyi tanınıb. qafqazinfo 

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar