Sizin Reklam Burada
Xəbər lenti
26-06-2024
25-06-2024
BÜTÜN XƏBƏRLƏR

Vasif Talıbovun postu uğrunda mübarizə

Tarix: 07-06-2024 09:56     Baxış: 471 A- / A+
Ali Məclis sədri kim olacaq?
Yaxın vaxtlarda Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Milli Məclisə seçkilərlə yanaşı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər keçiriləcək.
TNS-in əldə etdiyi məlumata görə, Naxçıvanın yeni rəhbərliyi namizəd axtarışındadır. Artıq Ali Məclisin deputatı seçilmək üçün namizədliyini irəli sürəcək şəxslər müəyyənləşdirilir. Ali Məclisə seçkilərdən sonra Vasif Talıbovun  boş qalan vəzifəsinə də seçki olmalıdır. 
Saytın iddiasına görə, bu posta ən çox adıçəkilən şəxslərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynlidir. Vaxtilə Vasif Talıbovun ən etibarlı adamlardan biri olan Ülvi Hüseynli Naxçıvanın yeni rəhbərliyinin dəstəyini alarsa, bu vəzifəni tuta bilər.
Sayt yazır ki, ixtisasca jurnalist olsa da, indiyədək siyasi proseslərdə iştirak etməyən birinin bu vəzifəyə gətirilməsi Naxçıvana nə qazandıracağını demək çətindir.
Yada salaq ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından 2022-ci ilin dekabrınadək Ali Məclis sədri vəzifəsində çalışıb. Naxçıvan MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətlərini müavin postuna ötən ilin mayından Qıvraq seçki dairəsindən deputat Anar İbrahimov yerinə yetirir. 
Anar İbrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir. Onun da bu dəfə Ali Məclis sədri seçkilərində  şansları olmamış deyil. 
Naxçıvan Ali Məclisinin sədri bu qanunverici orqan tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. Yaşı 30-dan aşağı olmayan, muxtar respublikanın ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Ali Məclisin hər bir deputatı sədr seçilə bilər.
Müstəqillik dövründə Ali Məclisə 4 nəfər rəhbərlik edib. Afiyəddin Cəlilov noyabr 1990 - aprel 1991 tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri olub. Heydər Əliyev 3 sentyabr 1991 - 15 iyun 1993-cü il tarixləri arasında Ali Məclisə sədrlik edib. 1994-cü ilin aprelindən, 1995-ci il iyulunadək Ali Məclisə Namiq Həsənov rəhbərlik edib. Vasif Talıbov 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək  Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyib.
Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.
Naxçıvandakı mənbələrdən aldığımız məlumata görə, hazırda Ali Məclisə faktiki rəhbərlik edən Anar İbrahimov ən şanslı namizəddir. Həm təcrübəsi, həm də siyasi savadı Ali Məclisin sədri postuna tamamilə uyğundur. Ülvi Hüseynliyə gəlincə, onun Ali Məclisin sədri vəzifəsinə gətiriləcəyi halda narazılıqların genişlənəcəyi istisna olunmur. Qaynağımız deyir ki, bu Vasif Talıbov dönəmində əsasən Şərurdan olan kadrlara üstünlük verilirdisə, bu gün kadrlar Şahbuzdan seçilir, irəli çəkilir. Ülvi Hüseynli də Şahbuz rayonundandır, yeni təyin olunan baş nazir də eyni rayonun yetirməsidir. Bu baxımdan, Ali Məclis sədrinin də eyni rayondan olması bəzi xoşagəlməz dedi-qodulara yol aça biləcəyindən, Ülvi Hüseynlinin bu posta təyinatı inandırıcı görünmür.
Qaynağımız bildirib ki, Anar İbrahimov çirkaba bulaşmayan kadrdır, onun təyinatı ümumilikdə Naxçıvan əhalisinin mənafeyinə uyğun olar. Ülvi Hüseynli haqda isə bu fikri işlətmək yersizdir. O, Vasif Talıbovun kadrı olaraq sırf şəxsi mənafelərini ilk cərgəyə qoyacaq, Talıbovdan qalan feodal üsul-idarə ilə işləyəcək.  Əhali isə Vasif Talıbov idarəçiliyindən bezdiyindən Ülvi Hüseynlinin bu posta gətirilməsi Naxçıvanda mənfi emosiyalar yaradacaq.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar