Ruben Vardanyan Ermənistan siyasətində sərt xətt tərəfdarıdır və ölkəsi ilə Azərbaycan arasında sülh prosesinin əleyhinədir. Həbsdə saxlanılan bu şəxs təkcə terrorizmi maliyyələşdirməkdə və beynəlxalq sərhədləri qanunsuz keçməkdə deyil, həm də mütəmadi şəkildə Azərbaycana qarşı zorakılığın təbliği ilə sülh prosesinə təxribat etməkdə ittiham olunur.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin tanınmış eksperti, sabiq polkovnik-leytenantı, şərqşünaslıq elmləri üzrə professor, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar "Yerusəlim Post" qəzetində dərc olunmuş "Rəisinin ölümü Azərbaycan və Ermənistan münasibətlərinə necə təsir edəcək" sərlövhəli məqaləsində yazıb.
Qeyd olunub ki, bu yaxınlarda helikopter qəzasında həlak olmuş İran Prezidenti Rəisinin ölümü və erməni separatçısı Vardanyanın siyasi arenadan getməsindən sonra İranda siyasi proseslər fərqli istiqamətdə cərəyan edəcəyi təqdirdə Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ehtimalı istisna olunmur. Müəllif həmçinin iranlıların erməni kilsəsindən erməni dini və milli hisslərini qızışdırmaq və Qarabağın tamamilə ilhaqı çağırışlarını gücləndirmək üçün istifadə etdiyinə dair şübhələrini də ortaya qoyur. Onun fikrincə, kilsə açıq şəkildə Ermənistan hökumətinin qərarlarına qarşı çıxır və müxalifətçi qismində hərəkət edir.
Xəbər lenti
Vardanyan İran və Rusiya arasında "bənd" idi - Kedar
Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar