Xəbər lenti
Abel Məhərrəmovun general qardaşının səlahiyyəti azaldıldı

Ədliyyə Nazirliyinin İnsan resursları Baş İdarəsinin səlahiyyəti azaldılıb.
Manevr.az-ın qaynarinfo-ya istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyevin iyunun 4-dı imzaladığı "Ədliyyə orqanlarının inkişafı haqqında” fərmana dəyişiklik etməsi ilə təsdiqlənən müvafiq Fərmanda yer alıb.
Müaviq fərmanla sözügedən idarənin Baş İdarə statusu ləğv edilib. Sözügedən qurum Ədliyyə Nazirliyinin İnsan resursları İdarəsi olaraq fəaliyyət göstərəcək.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Kadrlar Baş İdarəsi ləğv edilərək yerində İnsan resursları Baş İdarəsi yaradılıb. Sözügedən idarənin rəisi vəzifəsinə ədliyyə generalı Məhərrəmov Rauf Məmmədəli oğlu təyin olunub. General Rauf Məhərrəmov BDU-nin sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.
Əldə etdiyimiz məlumata görə, general Rauf Məhərrəmov yaxın günlərdə təqaüdə göndəriləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































