Xəbər lenti
Məcburi köçkünlər üçün yaşayış kompleksi salınır - Video
Qaradağ rayonu, Lökbatan qəsəbəsində Məcburi köçkünlər üçün 11 ədəd bina tikilir. Mayın 30-da Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün nəzərdə tutulan bu yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. Həmçinin ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva da mərasimdə iştirak edib.
Kompleksin təməlqoyma mərasimində iştirak edən Mehriban Əliyeva çıxış edərək bu məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıq və bu sahədə problemlərin qaldığını da bildirib: “Görülən bütün tədbirlərə baxmayaraq, bu sahədə öz həllini tapmayan problemlərin mövcuddur. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır. Mart ayında bu problemə həsr olunan müşavirədə birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planının hazırlanması barədə tapşırıq vermişdim. Hazırda bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 bina, Sabunçu rayonunun Ramanı qəsəbəsində 1 bina, Sumqayıt şəhərində 5 bina inşa edili, digər 5 binanın inşası üçün isə yer ayrılıb”.
Mehriban Əliyeva Azərbaycanda fəaliyyət göstərən digər şirkətləri, sahibkarları da təşəbbüsü dəstəkləməyə dəvət edib.
Musavat.com-un müxbiri bu xəbərin atdınca Lökbatan qəsəbəsinə baş çəkib və aparılan geniş miqyası tikinti işləri ilə maraqlanıb.
Qeyd edək ki, bu ilin may ayının 30-da təməli qoyulan yaşayış kompleksində qızğın iş gedir. Binaların tikintisi paralel şəkildə aparılır və artıq təməlatma işləri yekunlaşıb. Hazırda aşağı mərtəbələrin tikintisinə başlanılıb. Ərazidə yüzlərlə eyni anda fəhlə və usta çalışır.
Yaşayış kompleksinin tikinti layihəsi üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasının inşası nəzərdə tutulub. Yaşayış binalarında ümumilikdə 1026 mənzil olacaq. Binalardakı mənzillərin ümumu sahəsi 73 min kvadratmetrdir. Mənzillər 1, 2, 3 və 4 otaqdan ibarət olacaq. Bütün mənzillər təmir edilərək və mətbəx mebeli ilə təchiz olunaraq istifadəyə veriləcək. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Yaşayış kompleksinə, həmçinin 624 şagird yerlik üçmərtəbəli məktəb binası və 220 yerlik uşaq bağçası, tibb məntəqəsi daxildir. Ərazidə istirahət parkı salınacaq, uşaq meydançaları yaradılacaq.
Tikintiyə məsul şəxs musavat.com-a danışarkən bildirdi ki, yaşayış kompleksinin 2018-ci ilin aprel ayında təhvil verilməsi nəzərdə tutulur. Kompleksin yerləşdiyi əraziyə yeni yol da salınacaq. Bundan əlavə, magistral yollarda yenidənqurma işləri aparılır. Qobu-Lökbatan yolunda asfaltlama işlərinə başlanılıb və yaxın günlərdə yekunlaşdırılacağı bildirilir.
Həmsöhbətimiz bildirdi ki, yaşayış kompleksinin yerləşdiyi ərazidə qaz və su xətti olmadığından kommunal xətlərin çəkilişinə də başlanacaq: “ Kompleks strateji baxımda yaxşı yerdədir, şəhərə çıxışı iki istiqamətdə mümkün olacaq”.
Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar