Xəbər lenti
İyunun 24-dək vaxt verildi "Çıxın, azərbaycanlılar daxil olacaqlar"

Manevr.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Ermənilər işğal dövründə Qazax rayonunun Xeyrimli kəndinin bir hissəsini “Kirantsın ərazisi” adı ilə mənimsəmək istəsələr də, bu separatçı cəhdləri alınmayıb. Bu istiqamətdə sərhədin demarkasiyası nəticəsində Qızılhacılı, Bağanıs Ayrım və Aşağı Əskipara kimi, Xeyrimlinin də tam şəkildə Azərbaycana qaytarılması razılaşdırılıb. Artıq kəndlər Azərbaycanın nəzarətinə verilib və ərazidə sərhədçilərimiz yerləşdirilib. Xeyrimlinin mənimsəmək istədikləri hissəsində isə hələ də qanunsuz yaşayanların olduğu bildirilir.
Erməni nəşri qeyd edir ki, Kirants-Xeyrimli istiqamətində aparılan sərhəd xəttinin müəyyənləşdirilməsi nəticəsində Azərbaycana qaytarılan ərazidə qanunsuz tikilmiş iki evdən birinin sahibi dünəndən evini sökməyə başlayıb.
“Azərbaycana təhvil verilən ərazidəki iki evin sahiblərinə möhlət verilib: iyunun 24-dək evləri boşaltmalıdırlar. Yəni iyunun sonunda Azərbaycan sərhədçiləri həmin hissəyə daxil olacaqlar”, - məlumatda deyilir.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar