Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Qurumlarda vakansiya barədə məlumat verməyənlər cəzalandırılmalıdır"

Tarix: 03-06-2024 12:43     Baxış: 3158 A- / A+
Seçicilərdən işlə təmin olunma ilə bağlı çoxlu müraciətlər alırıq. Vətəndaşların əsas şikayəti dövlət qurumlarında vakansiya barədə məlumatların Dövlət Məşğulluq Agentliyinə verilməməsidir.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü deputat Aqil Məmmədov komitənin bu gün keçirilən iclasında deyib.
"Dövlət qurumlarında elə işlər var ki, imtahanla götürülür, amma texniki işlərlə bağlı vakansiyaları Dövlət Məşğulluq Agentliyinə vermirlər. Bura rəhbərlər özləri işçi təyin edirlər. Biz bu mexanizmə yenidən baxmalıyıq. Dövlət qurumlarında vakansiya barədə məlumat verməyənlər cəzalandırılmalıdır. Bu məsələ ilə bağlı yeni mexanizm tətbiq edilməlidir, vakansiya barədə məlumat verməyən qurumlar müəyyənləşdirilməlidir”, - o qeyd edib.
Aqil Məmmədov bildirib ki, peşə hazırlığından keçən şəxslərin sonrakı taleyi ilə maraqlanılmalıdır:
“Yəni 15 minə qədər şəxs gəlir ki, peşə hazırlığından keçir. Bəs onların iş tapıb-tapmaması ilə maraqlanılırmı? Digər tərəfdən, müsabiqə ərəfəsində regionlarda da iş yerlərinin yaradılması diqqətdə olmalıdır. Regionlarda da gənclərin, insanların işlə təmin olunması diqqətdə olmalıdır. Müsabiqələrdə daha çox Bakı və Bakı ətrafı rayonlarda yeni iş yerlərinin yaradılması məsələsi müşahidə edilir”.modern.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar