Xəbər lenti
Sumqayıtda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib - ŞƏKİLLƏR
Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində fəaliyyət göstərən tibb müəssisələrində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib.
Manevr.az xəbər verir ki, Uşaq Xəstəxanasının Poliklinika şöbəsində keçirilən tədbirdə çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli bayram münasibətilə uşaqları təbrik edərək ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı sayəsində uşaqlar qarşısında geniş imkanlar açıldığını və onlara bütün şərait yaradıldığını vurğulayıb.
Deputat qeyd edib ki, uşaq hüquqlarının qorunması və cəmiyyətin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirilir.
STM-nin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı uşaqları rəhbərlik adından təbrik edib, Mərkəz tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.
Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova rəhbərlik etdiyi tibb müəssisəsinin fəaliyyətindən, uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Poliklinika şöbəsinin müdiri Könül Məmmədli də uşaqları təbrik edərək uşaqların sağlam mühitdə böyüməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbir əyləncəli proqramla, rəngarəng musiqi nömrələri və uşaqların ifasında rəqslərlə davam etdirilib.
Poliklinik şöbəyə valideynləri ilə gələn uşaqlara hədiyyələr təqdim olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar