Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib - ŞƏKİLLƏR

Tarix: 01-06-2024 16:22     Baxış: 3302 A- / A+

Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində fəaliyyət göstərən tibb müəssisələrində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib.
Manevr.az xəbər verir ki, Uşaq Xəstəxanasının Poliklinika şöbəsində keçirilən tədbirdə çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli bayram münasibətilə uşaqları təbrik edərək ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı sayəsində uşaqlar qarşısında geniş imkanlar açıldığını və onlara bütün şərait yaradıldığını vurğulayıb. 
Deputat qeyd edib ki, uşaq hüquqlarının qorunması və cəmiyyətin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirilir. 
STM-nin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı uşaqları rəhbərlik adından təbrik edib, Mərkəz tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb. 
Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova  rəhbərlik etdiyi tibb müəssisəsinin fəaliyyətindən, uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Poliklinika şöbəsinin müdiri Könül Məmmədli də uşaqları təbrik edərək uşaqların sağlam mühitdə böyüməsinin vacibliyini diqqətə çatdırıb. 
Tədbir əyləncəli proqramla, rəngarəng musiqi nömrələri və uşaqların ifasında rəqslərlə  davam etdirilib.
Poliklinik şöbəyə valideynləri ilə gələn uşaqlara hədiyyələr təqdim olunub. 
STM-nin nəzdində olan 1, 4, 5 və 7 nömrəli ailə sağlamlıq mərkəzlərində keçirilən tədbirlərdə də uşaqların bayramı təbrik edilib, onlara hədiyyələr verilib.







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar