Rusiya Daxili İşlər Nazirliyinin Tula vilayəti üzrə keçmiş yüksək vəzifəli əməkdaşı mayın 31-də saxlanılıb.
Yerli media bildirir ki, İstintaq Komitəsinin regional İstintaq İdarəsindən verilən məlumata görə, söhbət idarənin keçmiş rəis müavini - Daxili İşlər Nazirliyinin Tula vilayəti üzrə polis rəisi Roman Korsakovdan gedir.
İdarədən verilən məlumata görə, o, qanunsuz miqrasiyanın təşkilində iştirakda şübhəli bilinir. Onun barəsində “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Qanunsuz miqrasiyanın təşkili” maddələri ilə iki cinayət işi başlanıb.
Müstəntiqlərin Korsakovun yaşadığı və işlədiyi yerdə axtarış apardığı deyilir.
2023-cü ildə Roman Korsakov polis general-mayoru Sergey Qalkinin gedişindən sonra bir müddət Rusiya Daxili İşlər Nazirliyinin Tula vilayəti üzrə rəisi vəzifəsini icra edib.lent.a
Xəbər lenti
Polis idarəsinin rəisi saxlanıldı - evində axtarış aparıldı

Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































