Xəbər lenti
Ceyhun Bayramov Şahbaz Şəriflə görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşüb.
Manevr.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər, Azərbaycanla Pakistan arasında mövcud strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini vurğulayıb.
Tərəflər, iqtisadiyyat, ticarət, enerji, turizm, təhsil, elm və mədəniyyət, nəqliyyat, eləcə də müdafiə sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tərəflər hökumətlərarası iqtisadi komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin önəminə diqqət çəkərək, ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə toxunublar.
Bununla yanaşı, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının bütün istiqamətlər üzrə fəaliyyətinin gücləndirilməsinin qarşılıqlı faydalı əməkdaşlığa xüsusi töhfə verməklə yanaşı, hər üç ölkənin regional və qlobal mövqelərinin möhkəmlənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.
Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən ikitərəfli və çoxtərəfli mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar