Xəbər lenti
Balıq ovuna sərt məhdudiyyət qoyuldu -VİDEO
Həvəskar balıq ovçuları diqqətli olmalı və müəyyən qaydalara əməl etməlidirlər. Əks halda külli miqdarda cərimə oluna bilərlər. Manevr.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2 iyun tarixli qərarı ilə təsdiqlənmiş "Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər"də sərt məhdudiyyətlər yer alıb. Sənədə əsasən, artıq həvəskar balıqçılar tutduqları balığın ölçüsünə də diqqət etməlidirlər.
Ovuna icazə verilən balıqların ölçüləri isə belədir: Sıf minumum 43 santimetr,
Çəki 40 , Çapaq 26, Külmə 17, Qarasol 17, Xəşəm 41, Kütüm 35, Kefal 24, Şamayı 19, Şirbit 52, Xərçəng 10, Krevet minumum 5 santimetr olmalıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioloji və resursların mühafizəsi və artırılması departamentinin baş müfəttişi İsmayıl Yunusov bildirir ki, bu qaydalara əməl etməyən balıqçıları külli miqdarda cərimə gözləyir.
Su hövzələrinin ətrafı ilə yanaşı, satış məntəqələrində də bu qaydalara əməl etməyənlərə qarşı reydlər keçiriləcək. Üstəlik 1 yanvar -15 iyun tarixlərində Şabran limanında, 1 may -30 iyun tarixlərində çay ilə əlaqəsi olan su hövzələrində və Xəzər dənizinə axan bütün çaylarda da balıq ovu qadağandır. Bu qadağlar həvəsakar balıqçıları narahat edir.
Bu məhdudiyyətlərin gələcək nəsillər üçün balığın saxlanılması məqsədi ilə tətbiq edildiyi bildirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar