Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səhiyyə qanunvericiliyinə dəyişikliklər edildi

Tarix: 10-06-2017 21:32     Baxış: 4341 A- / A+
Səhiyyə qanunvericiliyinə dəyişikliklər edildi


Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə cərimələr tətbiq olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin bəzi məcəllə və qanunlara səhiyyə ilə əlaqədar dəyişikliklərlə bağlı qəbul etdiyi yeni qanunları imzalayıb.

Bu sənədlərdən biri “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanundur. Dəyişikliyə əsasən, Qanunun 16-1.2.7-ci maddəsində “bioloji aktiv əlavə və qida əlavəsi” sözləri “bioloji fəallığa malik qida əlavəsi” sözləri ilə əvəz edilir.
Digər sənəd – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun Məcəllənin “Dərman vasitələri haqqında” Qanunda edilmiş dəyişikliklərə uyğunlaşdırılması xarakteri daşıyır. Bu sənədə əsasən, Məcəllənin 221-ci maddəsi “Dərman vasitələri haqqında qanunvericiliyin pozulması” adlandırılır və ona aşağıdakı məzmunda 221.8-ci və 221.9-cu maddələr əlavə edilir:
“221.8. Üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə -
vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
221.9. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə -
vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir”.
“Dərman vasitələri haqqında” Qanuna uyğunlaşdırılan daha bir sənəd “Reklam haqqında” Qanundur. Belə ki, burada “bioloji aktiv əlavə və qida əlavəsi” sözləri “bioloji fəallığa malik qida əlavəsi” sözləri ilə əvəz edilir və Qanuna aşağıdakı məzmunda 30.7-ci maddə əlavə olunur:
“30.7. Bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir”.
Qeyd edək ki, dövlət başçısı hər üç Qanunun tətbiqi barədə Sərəncamlar imzalayıb, həmçinin “Dərman vasitələri haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli Fərmanında dəyişikliklər edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar