Xəbər lenti
Azərbaycanla bağlı təqdimat keçirilib -ŞƏKİL
Azərbaycanla bağlı təqdimat keçirilib. Ölkəmizin Müstəqillik günü ərəfəsində keçirilən təqdimatda Azərbaycanın tarixi, bu günü builin noyabrında Bakıda keçiriləcək COP29 iqlim sammiti barədə iştirakçılara məlumat verildi.Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinin konsulu Ceyhun Novruzov ölkəmizin yerləşdiyi coğrafi mövqe, zəngin mədəni irsi, eləcə də müstəqil dövlət kimi davamlı inkişafından bəhs etdi. Azərbaycan Tələbə İcması platformasının üzvləri Fazil Məmmədli və Cavid Rəhimli isə Azərbaycanla bağlı geniş təqdimatla çıxış etdilər. Təqdimatlarda ölkəmizin tarixi, mədəniyyəti, müasir Azərbaycan işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işləri və həmin yerlərə böyük qayıdışdan danışdılar.
Qonaqlar azərbaycanla bağlı keçirilən interaktiv oyunda da iştirak etdilər. Onlara ölkəmizə dair suallar ünvanlandı. Bu suallara doğru cavab verən iştirakçılara hədiyyələr təqdim olundu.
Nigar Nəriman,
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































