Xəbər lenti
Doğum günün mübarək, Azərbaycan!

Bakı Qızlar Universitetinin baş müəllimi,
Bakı Dövlət Universitetinin doktorantı
tural.akif.velizade@gmail.com
Qısa müddətdə böyük işlər görən milli mübarizə nəsli düz 106 il əvvəl bünövrəsi azərbaycanlı qəhrəmanlığı və yüksək Azərbaycan mədəniyyəti olan Azərbaycan Cümhuriyyətini dünyaya elan etdi.
28 May – Müstəqillik Günü. Bu günü necə adlandırmağınızdan asılı olmayaraq, bu, bütün azərbaycanlıları bir-birinə bağlayan bir tarixdir. Min illərdir ki, müqəddəs vətən torpağını qanları ilə sulayan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Başda Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə, müasir Azərbaycanımızın memarı Heydər Əliyev olmaqla onların silahdaşlarını və müstəqillik mübarizəmizin bütün qəhrəmanlarını - dövlətin əbədi olacağı inancı ilə əsrlər boyu vətənimizə, millətimizə, dövlətimizə xidmət edən hər kəsi sonsuz ehtiram və minnətdarlıqla anıram.

Ötən 106 ilə diqqətlə nəzərdən keçirildikdə, Cümhuriyyətin həm fikir, həm də rejim və idarəçilik baxımından ictimai vicdanda kök saldığı görüləcək. Əslində, Cümhuriyyət öz prinsip və hədəfləri, xalqın arzu və məramlarını daşımaq və təmin etmək keyfiyyəti ilə çətin ərəfələri aşıb, çətin sınaqlardan keçərək, xüsusilə Parlamentli hökumət sistemi qüdrətinə güc qatmışdı. Azərbaycan xalqının istiqlal şərəfinə düşkün olması tarixi bir həqiqətdir. Savaşlarda göstərilən qəhrəmanlıq və fədakarlıq bu danılmaz və sarsılmaz milli həqiqətin əlamətidir. Azərbaycan Cümhuriyyətini quran milli iradənin və şüurun mənbəyi tam müstəqilliyə duyulan, tayı və bərabəri olmayan tarixi bağlılıqdır. Xalqın mübarizəsi və müdaxiləsi ilə Cümhuriyyət yarandı. Şübhə yoxdur ki, Azərbaycan dövləti daim məsud, uğurlu və qalib olacaq, əbədi yaşayacaq və yaşadacaqdır. Qısaca desək, Azərbaycan Cümhuriyyəti Azərbaycan millətinin şərəfidir. Unudulmamalıdır ki, Cümhuriyyətimizin qurulması ümidsizliyə, yoxsulluğa, ruhdan düşməyə, soyqırıma düçar olmuş bir xalqın varlığına olan inancın, bu boş gücdən hansı mübarizə üsulu ilə nəticə əldə edə biləcəyinə inamın nadir nümunəsidir.
Azərbaycan xalqının keçmişdə göstərdiyi qəhrəmanlıqlar, imperializm altında inləyən və bərabərində kütləvi qətllərə düçar olan, vəhşiliklərə məruz qalan məzlum cəmiyyətlər üçün mütləq bir ilham mənbəyi olmalıdır. Bu hiss və düşüncələrlə Müstəqilik bayramımızı və Azərbaycan Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümünü sevgi və hörmətlə qeyd edir, sevimli millətimizə, dövlətimizə əbədi xoşbəxtlik arzulayıram. Azərbaycan Cümhuriyyətinin 106-cı ildönümü sonsuz sədaqət və heç bitməyəcək əzmlə mübarək olsun!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar