Xəbər lenti
Putin Şuşaya səfər edəcək? - MARAQLI İDDİA

Rusiya prezidenti V. Putin Azərbaycana səfəri zamanı Şuşaya səfər edə bilər.
Bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloq xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin inaqurasiyadan sonra ilk səfərini Çinə edib:
"Bu, Çinlə strateji tərəfdaş olduğunu və Qərbə qarşı eyni cəbhədə hərəkət etdiyinin mesajı idi. Putin tərəfdaşlıq etdiyi ölkələrə səfərlərə gedir. Növbəti səfər Belarusadır. Prezident A. Lukaşenko V. Putinlə ilə görüşdə Qarabağa səfəri haqqında danışacağını qeyd etdi. Görünür, V. Putin üçün A. Lukaşenkonun səfəri maraqlı olub".
"V. Putinin Türkiyə səfəri də mümkündür. Çünki bir-neçə dəfə Türkiyə səfəri təxirə salınıb. Görünür, yaxın müddətdə bu səfər reallaşa bilər. Rusiya prezidentinin növbəti səfəri Azərbaycan ola bilər. Azərbaycanla Rusiya arasında ciddi problem yoxdur. Əgər, V. Putin Azərbaycana gələrsə, Füzuli və Şuşaya səfərini təşkil etmək olar. V. Putin bu səfərdən imtina etməz" - M.Əsədullazadə fikrini tamamlayıb. yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar