Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat Müşfiq Məmmədli: "Azərbaycan və Tacikistan arasındakı münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir"

Tarix: 26-05-2024 19:59     Baxış: 3260 A- / A+


"Azərbaycan və Tacikistan Respublikalarının qarşılıqlı əlaqələrinin əsasını hər iki xalqın birlikdə qurub yaratması, yüzilliklər boyu birgə əməkdaşlıq etməsi və dost olması təşkil edir.  2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması 1992-ci ildə ölkələrimiz arasında yaranan  diplomatik münasibətləri yeni bir mərhələyə daşıdı."

 Bu sözləri Manevr.az-a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib. Deputat bildirib ki, 2024-cü il matın 23 də dövlətlərimiz arasında imzalanan Strateji tərəfdaşlıq bəyənnaməsi həm Azərbaycan, həm də Tacikistan dövləti üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Strateji tərəfdaşlıq bəyənnaməsinin və onunla birgə ümumilikdə 14 sənədin imzalanması müasir dövrdə dövlətlərimiz arasındakı münasibətlərin, əlaqələrinin müqavilə-hüquqi bazasını təşkil edir: 
"Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri də dövlətlərimizin birgə fəaliyyəti üçün atılan ən mühüm amildir. Təbii ki, ölkələrimiz arasında əlaqələrin inkişafının əsasını Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri təşkil edir.  Ölkələrimiz arasındakı münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Öz əraizisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdıran azərbaycan artıq bütün istiqamətlərdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır. Xüsusilə də Vətən müharibəsindən sonra ölkəmizin genişlənən nəqliyyat-logistika imkanları, Zəngəzur dəhlizinin reallaşıdırlması məsələsi ölkəmizi Şərq və Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Məhz buna görə də bu gün Mərkəzi Asiya ölkələrindən, eyni zamanda Çindən Avropaya gedən ən qısa, həm də təhlükəsiz tranzit daşımlara Azərbaycanımızı Regionun ən mühüm dövlətinə çevirib. 
Qeyd etmək istərdik ki, Azərbaycanda tacik xalqının milli mədəniyyət günlərinin keçirilməsi mühüm hadisədir və dövlətlərimiz arasındakı münasibətlərə öz gözəl töhfəsini verəcəkdir", M.Məmmədli qeyd edib.

Nigar Nəriman
Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar