Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

Tarix: 14-05-2024 09:03     Baxış: 3411 A- / A+

“İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir”.

Bunu Sunja Şəhər Şurasının sədr müavini Adam Kalimatov bildirib.
Onun sözlərinə görə, İnquşetiya hökuməti yaxın iki ildə stansiyanın fəaliyyətini bərpa etməyi planlaşdırır.

“Hökumət dəmir yolunun bəzi hissələrini boşaltmaq və onları qorumaq üçün konkret addımlar atır. Yerli sakinlərlə izahedici işlər aparılır, yollar təmizlənir”, - deyə o əlavə edib.

Kalimatov Sunjadakı dəmiryol stansiyasının qonşu Çeçenistanda döyüşlərdən əvvəl mövcud olduğunu, sonradan stansiyanın fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığını qeyd edib.

“Stansiya hələ də Rusiya Dəmir Yollarının balansındadır. Onlar stansiyanı iki il ərzində, 2026-cı ilə qədər yenidən bərpa edəcəklərinə söz veriblər. Onun işə salınması ilə bizim Mahaçqala, Qroznı və Bakı ilə birbaşa əlaqəmiz olacaq. Müvafiq şəraiti və yeni iş yerləri olan beynəlxalq stansiya olacaq”, - deyə şəhər şurasının nümayəndəsi bildirib. oxu.az

 Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar