Xəbər lenti
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Mayın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Tahir Budaqov söyləyib ki, Heydər Əliyevin tarixiliklə müasirliyin vəhdətini yaradan ideyalarının tədqiqi və təşviqi qarşımızda duran çox mühüm vəzifədir: “Ümummilli Liderin ideyaları əsasında Azərbaycana tarixi uğurlar qazandıran, onun dövlətçilik irsini yaşadan, xalqın inam və etimadını doğruldaraq yeni və müstəqil Azərbaycan quruculuğunu təmin edən Yeni Azərbaycan Partiyası bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Bu gün biz Ulu Öndərin zəngin dövlətçilik irsinin yaşadılması məqsədilə və onun əziz xatirəsinə sonsuz ehtiram əlaməti olaraq yaradılmış Heydər Əliyev Fondunun 20 illiyini də qeyd edirik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond adını daşıdığı dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin əbədiyaşar ideyalarının tədqiqi və təşviqinə, siyasi irsinin xalqımızın milli-mənəvi sərvəti kimi gələcək nəsillərə ötürülməsinə dəyərli töhfələr verir. İstər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda çoxşaxəli fəaliyyət göstərərək səmərəli layihələr reallaşdıran Heydər Əliyev Fondu həm yeni cəmiyyət quruculuğu və respublikamızın davamlı inkişafında, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayır. Heydər Əliyev Fondunun irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi layihələr cəmiyyətimizin yaradıcı və intellektual potensialının inkişafına, mənəvi dəyərlərin qorunub yaşadılmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli həmrəyliyin güclənməsinə, xeyirxahlıq, humanizm kimi ali dəyərlərin və mədəniyyətlərarası dialoqun təşviqinə, eləcə də Azərbaycan reallıqlarının beynəlxalq müstəvidə geniş təbliğinə xidmət göstərir. Xüsusilə də, möhtəşəm Zəfərimizin əsaslarının möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində görülən işlər xalqımızın öz keçmişinə sadiqliyini və gələcəyə inamlı baxışını ifadə edir, onun qurub yaratmaq əzmini və bütövlükdə Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirməklə həm ölkəmizdə, həm də beynəlxalq arenada olduqca yüksək qiymətləndirilir”.
Tahir Budaqov diqqətə çatdırıb ki, Azərbaycan Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin liderliyi ilə müasir dövlətçilik tarixinin möhtəşəm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə yekun vuraraq yeni dövrə qədəm qoymuşdur: “Dövlət başçısının qeyd etdiyi kimi, “biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq”. Artıq yeni çağırışlar və reallıqlar fonunda ölkəmizin qarşısında növbəti strateji hədəfləri gerçəkləşdirmək vəzifəsi durur. Cari ilin fevral ayında keçirilmiş Zəfər seçkisinin də təsdiqlədiyi kimi, Azərbaycan xalqı yeni dövrdə də qarşıda duran məqsədləri məhz İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmaq əzmindədir. Şübhə yoxdur ki, ölkə başçısı, partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan siyasəti tərəqqi və Zəfər yolunda inamla irəliləyən Azərbaycana bundan sonra da möhtəşəm nailiyyətlər qazandıracaq, milli maraqlarla bəşəri dəyərlərin vəhdətini özündə əks etdirən Heydər Əliyev irsi ölkəmizə yeni qələbələr bəxş edəcəkdir”.
Sonra Yeni TV-nin hazırladığı “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” filmi nümayiş etdirilib.
"Tədbirdə çıxış edən YAP Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, xalqımız Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərini böyük coşqu və ehtiramla qeyd edir: “Bu, bir tərəfdən, xalqımızın Heydər Əliyevə, onun şəxsiyyətinə və tarixi xidmətlərinə verdiyi böyük qiymətin təzahürüdür, digər tərəfdən isə, xalqın milli dövlətçiliyə ehtiramının ifadəsidir. Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycan ötən illər ərzində daha qüdrətli dövlət olub, daha güclü ölkə kimi dünya birliyində özünü təsdiq edib. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə görülən işlərə, xalqımızın həyatında baş verən əsaslı dəyişikliklərə nəzər salsaq, bu fikri təsdiqləyən kifayət qədər faktlar söyləmək mümkündür”, deputat qeyd etdi.


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar