Sizin Reklam Burada
Xəbər lenti
20-08-2026
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev İvanovu təbrik etdi

Tarix: 09-06-2017 19:53     Baxış: 4364 A- / A+
İlham Əliyev İvanovu təbrik etdi


Prezident İlham Əliyev Makedoniya Respublikasının Prezidenti George İvanov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Manevr.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram. Ölkənizin daha da firavanlaşmasını, vətəndaşlarınızın rifahının yüksəlməsini səmimi qəlbdən arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli dostluq əlaqələrindən məmnunluğumu ifadə etmək istəyirəm. Ən yüksək səviyyədə siyasi dialoq ölkələrimizin gələcək inkişafının və əməkdaşlığının xüsusən iqtisadiyyat, enerji, mədəniyyət, elm və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə dərinləşməsini təmin edən əsas amillərdir. Əminəm ki, əməkdaşlığımız və əldə olunmuş siyasi əlaqələrimiz qarşıdan gələn dövrdə

birgə səylərimizlə daha sürətlə inkişaf edəcəkdir.

Cənab Prezident, Sizə gələcək illərdə də uğurlu fəaliyyət, şəxsi həyatınızda xoşbəxtlik və cansağlığı arzulayıram. Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin", - təbrikdə qeyd edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar